Sirop
BARRİERA
Tərkibi: Hər 10 ml-də
Natrium alginat - 500 mq ( Laminariya angustata dəniz yosunundan alinmiş)
Natrium bikarbonat -150 mq (41 mq elemental Natriuma bərabərdir)
Kalsium karbonat - 325 mq (130 mq Kalsiuma bərabərdir)
S-metilmetionin sulfonium ( U vitamini ) – 50 mq
Aloe yarparlarının qurudulmuş şirəsi - 30 mq
FARMAKOLOJİ QRUPU : Antasid
Farmakoloji xüsusiyyətləri
Barriera – Mədəyə düşdükdən sonra mədə turşusu ilə reaksiya girərək xüsusi gelə bənzər maddə yaranirki, buda mədədə artmış olan turşuluğu neytrallaşdirir. Mədənin selikli qişasının baryer funksiyasını qoruyaraq patagen mikrorqanizmlərin yaraya təmas etməsinin qarşısını alır. Barriera tərkibində olan Vitamin U və Aloe şirəsi sayəsində Regenerativ xüsusiyyətə malik olduğu ücün Qida borusu, Mədə bağırsaq sistemində yarasağaldıcı təsirə malikdir . Bunun ücün Barriera həm Reflüks-Ezofaqitin həmdə xora xəstəliyinin müalicəsində istifadə olunur. Gəyirmə zamanı mədə möhtəviyyatı yenidən qida borusuna geri qayədarsa buzaman gel şəklində oldugu ücün qida borusundakı qıcıqlanmanı aradan qaldıraraq selikli qişanı qoruyur və iltihabi prasesin inkişaf etməsinin qarşısını alır. Barriera mədə turşusu və ödün qida borusuna doğru reflüksu nəticəsində meydana gələn ağrıları aradan qaldırır . Həttda qida borusu və mədədə baş verən diskamfort Barrieranın qəbulundan 3-4 dəqiqə sonra tam aradan qalxir. Barrierani digər antasid preparatlardan fərqləndirən əsas xüsusiyyət tərkibində Aloe şirəsi və U vitaminin olmasıdı. Barriera tərkibindəki Aloe şirəsinin sayəsin də Zədələnmiş toxumaların regenrasya prasesini sürətləndirir, bağirsaqların selikli qişasındakı iltihabi ocaqların sağalmasını sürətləndirir, orqanizmi toksiki madələrdən təmizləyir və immun sistemi gücləndirir.Barrieranın tərkibindəki Aloe şirəsində 200 dən artıq Bioloji aktiv maddə var. Barriera tərkibindəki Natrium alginat ,
Natrium bikarbonat ,Kalsium karbonat ,U vitamini və Aloe yarparlarının qurudulmuş şirəsi sayəsində digər antasid preparatlardan fərqli olaraq yalnız simptomatik təsir göstərmir həmdə müalicəvi təsir gösdərir. Barriera Xoraların, Eroziyanın , Refluksun sağalmasını sürətləndirir.
GÖSTƏRİŞLƏRİ :
- Qastroezofageal reflüks xəstəliyi
- Eroziv ezofagit
- Qida borusu xoralari
- Hiperasid vəziyyətlərdə mədə turşusunun və ödün qida borusuna reflüksünün profilaktikasi
- Reflüks dispepsiyaları zamanı simptomatik müalicə( o cümlədən hamilələrdə )
İSTİFADƏ QAYDAS:
5 ml dən gündə 2-3 dəfə , yeməkdən 20-30 dəqiqə sonra , ehtiyac olarsa , həkim təyinatı ilə gecə yatmazdan əvvəl.
FDA tərəfindən A kateqoriyalı preparatlara aid edilmişdir.
Buraxiliş Formasi : 200 ml daxilə qəbul ücün suspenziya