DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ AKTİV QİDA MƏHSULUDUR.
AQTA QEYDİYYAT № MQ-26-000341
İstifadə üçün təlimat
Məhsulun tərkibi (1 saşedə – 10 ml-də):
|
Aktiv maddələr (miqdar göstərilməklə) |
Miqdar |
|
Biyan (Glycyrrhiza glabra L.) kökü quru ekstraktı |
20 mq |
|
Natrium alginat (dəniz yosunundan – Laminaria angustata – alınmış) |
500 mq |
|
Kalsium karbonat (325 mq elementar kalsiuma bərabər) |
811,62 mq |
|
Natrium bikarbonat (150 mq elementar natriuma ekvivalent) |
548,11 mq |
Köməkçi maddələr və digər inqrediyentlər: Deionizə olunmuş su, qliserol (E422), ksantan saqqızı (E415), trisodium sitrat (E331(iii)), sukraloza (E955), nanə aroması, natrium benzoat (E211), kalium sorbat (E202).
İstifadə sahəsi və əsas göstərişlər:
Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BAQM.
Əks göstərişlər: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 18 yaşa qədər uşaqlar.
İstifadə qaydası və doza: Böyüklər 1 saşeni gündə 1 dəfə.
Buraxılış forması: Daxilə qəbul üçün məlhəul-suspenziya.
Qablaşdırma forması: 10 ml saşe №30, karton qutu qablaşdırmada.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: 3 il.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
BAQM normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
İstehsalçı:
SUPPLEMENTAL İLAÇ SAĞLIK SANAYİ VE DIŞ TİCARET LTD. ŞTİ.
Güneşli Mahallesi 1275. Sokak No:4/B1 Bağcılar / Türkiyə – İSTANBUL
www.supplemental.com.tr | export@supplemental.com.tr