Sirop
BRONCHOLİFE
Tərkibi (Hər 5 ml içində):
Cökə ağacının (Tilia cordata) çiçəklərin ekstraktı 200 mq,
Gülxətmi (Althea officinalis) kökün ekstraktı 100 mq,
Kəklikotu (Thymus vulgaris) otunun ekstraktı 100 mq;
Köməkçi maddələr: Deionizə olunmuş su, Ksantran kitrəsi, Kalium sorbat, Sukraloza, Qliserin, Limon turşusu.
Xüsusiyyətləri: Məhsulun tərkibindəki bitki ekstraktları bəlğəmgətirici, mukolitik, iltihab əleyhinə təsirlərinə malik olduğu məlumdur. bitki mənşəli bioloji fəallığa malik qida olaraq
İstifadə üçün göstərişlər: Çətin ifraz olunan bəlğəmli öskürəklə müşayiət olunan kəskin və xroniki respirator xəstəliklərin müalicəsi zamanı yalnız köməkçi vasitə kimi tövsiyə oluna bilər.
Əks göstərişlər və əlavə təsirlər: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. Hamilə və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir.
İstifadə qaydası və dozası: 4 yaşdan aşağı uşaqlar üçün həkim məsləhəti ilə təyin olunur: 4-14 yaş arası uşaqlar üçün gün ərzində 2 dəfə 5 ml, 14 yaşdan yuxarı uşaqlara və böyüklərə gün ərzində 2 dəfə 10 ml tövsiyə olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Digər istifadə qaydalarına və dozasına yalnız həkimin məsləhəti əsasında icazə verilə bilər.
Buraxılış forması: Karton qutuda, şüşə flakonda 120 ml şərbət
Saxlanma şəraiti: 25°C aşağı olmaq şərti ilə otaq temperaturda, quru, işiqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır. İstifadədən qabaq çalxalayın.
Yararlılıq müddəti: 3 il
Broncholife şərbəti normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.