B.e. – B.: 09:00 – 21:00 +994 55 9454575 info@sanraysfarma.com
Dormir

№30 Kapsul

Tərkibi: 1 Kapsulun tərkibində   

Passiflora      150  mq

Melissa         100 mq

Yemişan        150 mq

Maqnezium laktat dihidrat   150 mq

Melatonin     1 mq

Vitamin B6      3 mq       

FARMAKOTERAPEVTİK  QRUPU: 

Maqnezium və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedativ, spazmolitik preparat.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Passiflora - ( Qonaqotu )Tərkibindəki Viteksinlə zəngin Flavonoid və  Alkaloidlərin hesabina Reflektor oyaniqligi      və qicolma zamani hərəki aktivliyi azaldir, zəif qicolma  əleyhinə  təsir  göstərir . Nəzərə  carpmayan  spazmolitik  aktivliyə  malikdir . Passiflora sakitləşdirici kimi  nevrasteniya, yuxusuzluq, klimakterik dövürdə müşahidə olunan vegetativ  pozulmalar  zamani  sakitləşdirici  vasitə  kimi  istifadə olunur . Neyro - vegetativ  distoniyalar ,  qorxu , həyacan  və  əsəbilik hallarinda  təyin  olunur .

Melissa ( Dərman limonotu)  -  Tərkibi Fenolkarbon turşulari, qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir Antidepressant, sedativ və sinir sisteminə  sakitləşdirici  təsiri var. Spazmi aradan götürür, qusma əleyhinə effekt göstərir, qəbizlik zamanı effektivdir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanın yüngül formalarmda, iştahasızlıqda,  diskineziyada ,  meteorizmdə , menstrual   sikl  pozğunluqlarında  təyin edilir .

Yemişan ekstraktı – Flavonoidlər, xolin, asetilxolin, fitoserinlərlə zəngin olduğundan bütün damarlara spazmolitik təsir  göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə beyin və koronar qan dövranını yaxşılaşdıraraq beyin və ürək hüceyrələrinin metabolizmini gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə sedativ effekt əldə edilir. Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Yemişan qədər ürəyə faydali bir bitki yoxdur.Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur. Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif  toksiki  maddələrdən təmizləyir.

Maqnezium  bütün  hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji olaraq maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək bütün  fermentativ reaksiyalarda iştirak edir. Maqnezium deffisiti orqanizmdə ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritminin pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.
Melotonin   Bu hormona Gözəllik , Cavanliq və Yuxu hormonuda deyilir . Melotonin hormonu    orqanizmi stresdən qoruyur.  Melotonin hormonunun  catişmazliği  nəticəsində  Yuxusuzluq , İmmun sistemin zəifləməsi,  təzyiqin qalxmasi və düşməsi , əsəbilik və depresya yaranir.

B6 vitamini (piridoksin)  koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.

GÖSTƏRİŞLƏRİ :

  • Müxtəlif mənşəli depressiv vəziyyətlər
  • Yuxu pozgunlugu , Nevroz , Nevrotik hallar
  • Emosional və psixovegetatit pozulmalar (ruh düşkünlüyü və.s)               
  • Apatiyalarda , Həyacan , Əsəbilik
  • Əsəb sayəsində yaranan Qastrit, Xora, Mədə-bağirsaq pozulmalari
  • Qiciqlanmiş bağirsaq sindromu
  • Xroniki yorğunluq vəziyyətləri və asteniyalar

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

1 kapsuldan gündə 1- 2 dəfə təyin edilir .

Buraxılış formasi :  DORMİR   №30  Kapsul

İSTEHSALCİ ÖLKƏ :   TÜRKİYƏ, YENİ PHARMA