B.e. – B.: 09:00 – 21:00 +994 55 9454575 info@sanraysfarma.com
Home > Məhsullar > LEVİCİN-M
LEVİCİN-M

Tablet

LEVİCİN-M

Antibakterial və protozoy əleyhinə
Levofloksasin-250 mq
Ornidazol-500 mq
İstifadəsinə göstərişlər:
Böyüklərdə levofloksasinə həssas, yüngül və orta ağır gedişli bakterial infeksiyaların
müalicəsi. -kəskin bakterial sinusit; -xroniki bronxitin kəskinləşməsi; -xəstəxanadankənar
pnevmoniya;-sidikçixarıcı yolların ağırlaşmış infeksiyaları ( kəskin pielonefrit daxil
olmaqla);-sidikçixarıcı yolların ağırlaşmamış infeksiyaları.
Ornidazola həssas, trixomoniaz (qadınlarda və kişilərdə Trichomonas vaginalis-in törətdiyi
sidik-cinsiyyət infeksiyası).
Amöbiaz (Entamoeba histolytica-nın törətdiyi qastrointestinal infeksiyalar (amöb
dizenteriyası daxil olmaqla)), qaraciyər absesi və digər orqanların bağırsaqdankənar
zədələnmələri.
Giardioz (Lyamblioz)
Anaerob infeksiyalarAnaerob flora tərəfindən törədilmiş septisemiya, meningit, peritonit,
cərrahi əməliyyat sonrası əmələ gələn infeksiya, doğuşdan sonrakı septisemiya, abortdan
sonrakı sepsis və endometritlər.
Yoğun bağırsaqda, ginekologiyada və digər əməliyyatlarda profilaktika məqsədilə istifadə
olunur.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Levofloksasin- flüorxinolonlar qrupundan olan antibakterial preparat
kimi, DNT-DNT-giraza kompleksinə və topoizomeraza IV fermentinə
təsir göstərir.
Ornidazol-Trichomonas vaginalis, Entamoeba histolytica, Giardia
lamblia (Giardia intestinalis), bəzi bakteroid və klostiridilərə,
fuzobakteriyalara, həmçinin anaerob patogenlərə qarşı fəaldır.
Mikroorqanizmlərin həssas növləri
* Aerob qrammüsbət bakteriyalar
* Aerob qrammənfi bakteriyalar
* Anaerob bakteriyalar
* Aerob qrammüsbət bakteriyalar
“Levicin -M” kombinə edilmiş preparatı-ishal və dizenteriyanın
müalicəsindən əlavə, pnevmoniya, bronxit, bağırsaq, vaginal, sidik
yolları və genital infeksiyalar kimi müxtəlif bakterial və parazitar
infeksiyaların müalicəsində istifadə edilir.
İstifadə qaydası və dozası:
Daxilə gündə 1 dəfə və ya 2 dəfə qəbul edilir.
Doza infeksiyanın xarakteri və ağırlığından, həmçinin, ehtimal edilən
törədicinin həssaslığından asılı olaraq təyin edilir.
Buraxılış forması: Tablet №20
İstehsalçı ölkə: Türkiyə.