№20 Kapsul
NURKASAN
Tərkibi
1 kapsulun tərkibində təsiredici maddələr:
- İnulin – 100 mq
- Saccharomyces boulardii (250 mq) – 2,5 × 109
- Lactobacillus rhamnosus – 3 × 109
- Lactobacillus acidophilus – 2,5 × 109
- Bifidobacterium bifidum – 2,5 × 109
- Bifidobacterium longum – 2,5 × 109
- Enterococcus faecium – 2,5 × 109
Köməkçi maddələr: Maqnezium stearat – 328 mq, Mikrokristallik selloza – 217 mq, Jelatin – 90 mq
Farmakoloji qrupu
Simbiotik.
Farmakoloji xüsusiyyətləri
NURKASAN bağırsaqların mikroflorasını normallaşdıran simbiotik preparatdır. Terapevtik effekt canlı bifidobakteriyaların və laktobakteriyaların hesabına əldə olunur. Preparat bağırsaq mikroflorasını bərpa edir və bağırsağın fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edir. Bu bakteriyalar patogen və şərti-patogen mikroorqanizmlərə qarşı geniş spektrli antaqonizm xüsusiyyətinə malikdir.
NURKASAN tərkibindəki süd turşusu bakteriyaları süd turşusunun, həmçinin müəyyən miqdarda sirkə və propion turşularının əmələ gəlməsini sürətləndirir. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur. Süd turşusu bakteriyaları monosaxaridlərin sovrulmasında və öd turşularının metabolizmində iştirak edir. Preparatın qəbulu zülalların həzmini yaxşılaşdırır.
Bağırsaq mikroflorasının pozulması aşağıdakı hallarda mümkündür:
- Qəbizlik əleyhinə preparatlar və antibiotiklərin qəbulu zamanı
- Ballast maddələri az olan, yüksək kalorili, süni qidalarla balanslaşdırılmamış qidalanma zamanı
- Stress, gərginlik, siqaret çəkmə, çoxlu alkoqol qəbulu zamanı
- Ətraf mühitdə olan zəhərli maddələrin təsirindən
Saccharomyces boulardii bağırsaqların infeksion-iltihabi proseslərində yüksək effektivlik göstərərək müalicə müddətinin qısalmasına və kliniki effektivliyin yüksəlməsinə kömək edir.
Saccharomyces boulardii — maya göbələyidir. Liofilizə olunmuş maya göbələyi bir çox patogen və şərti patogen mikroblara qarşı yüksək antimikrob təsirə malikdir. Preparatın qəbulundan sonra Saccharomyces boulardii yoğun bağırsaqda məskunlaşaraq 3–5 gün ərzində fəaliyyət göstərir, daha sonra nəcislə xaric olunur.
Qeyd
NURKASAN tərkibində köməkçi maddə kimi 328 mq maqnezium stearat vardır. Maqnezium stearat iki maddədən ibarət sadə duz olub, yağlı incə ağ toz halındadır və əsasən dərman kapsullarında əlavə kimi istifadə olunur. O, kapsul daxilində liofilizə olunmuş canlı bakteriyaların və digər komponentlərin bir-birinə yapışmasının qarşısını alır, kapsulların ardıcıllığını və keyfiyyətə nəzarəti yaxşılaşdırmağa kömək edir.
Göstərişləri
- Diareya
- Antibiotiklərin, sulfanilamid qrupu və digər preparatların qəbulu zamanı yaranan disbakteriozlar
- Müxtəlif etiologiyalı kolitlər, o cümlədən qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi
- Keçirilmiş kəskin bağırsaq infeksiyaları
- Xroniki enterokolit, kəskin bağırsaq sindromu
- Qəbizlik, meteorizm
- Ağız boşluğu və bağırsaq mikozları
- Atopik xəstəliklər (atopik dermatit, neyrodermit, allergik rinokonyunktivit)
- Allergiya, allerqoz; dərinin xroniki iltihabi xəstəlikləri
Dozalama
Böyüklərdə: 1 kapsul gündə 2–3 dəfə, yemək vaxtı.
Buraxılış forması
NURKASAN №20 kapsul
İstehsalçı ölkə
Türkiyə — Yeni Farma Zavodu, İstanbul