№30 Tablet
NURKAVİR
NURKAVİR — orqanizmin vitamin, mineral və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadır. Bütün vitamin, mineral və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır.
Antioksidantlar (vitamin A, C, E) qocalma prosesinin yaranmasını ləngidir, hüceyrələri zərərli faktorlardan müdafiə edir. Balanslaşdırılmış miqdarda olan B qrup vitaminlər sinir sistemini möhkəmləndirərək normal fəaliyyətini təmin edir. Sink isə nəinki zərərli radikallardan müdafiəni gücləndirir, həmçinin cinsi hormonların sintezini artırır və prostat vəzinin normal fəaliyyətini təmin edir.
Nurkavir hər növ avitaminozlar, hipavitaminozlar və mikroelement çatışmazlığı zamanı istənilən qrup xəstələrə təyin edilə bilər.
1 tabletin tərkibi
| Komponent | Miqdar |
|---|---|
| Vitamin A | 2 mq |
| Vitamin D3 | 340 BV |
| Vitamin C | 100 mq |
| Vitamin E | 20 mq |
| Sink | 20 mq |
| Selen | 60 mkq |
| Vitamin K1 | 0,07 mkq |
| Vitamin B1 | 1,5 mq |
| Vitamin B2 | 2 mq |
| Vitamin B3 | 20 mq |
| Vitamin B5 | 5 mq |
| Vitamin B6 | 2 mq |
| Vitamin B12 | 0,002 mq |
| Dəmir | 16 mq |
| Fol turşusu | 400 mkq |
| Kalsium karbonat | 200 mq |
| Maqnezium sulfat | 40 mq |
| Biotin | 0,05 mq |
| Manqan | 1,4 mq |
| Xrom pikolinat | 0,073 mq |
| Yod | 0,038 mq |
Farmakoloji xüsusiyyətləri
- A vitamini — sümüklərin, dişlərin və dərinin strukturunu yaxşılaşdırır. Görmə piqmentinin sintezində iştirak edir.
- K vitamini — qanın laxtalanmasında iştirak edir.
- E vitamini — hüceyrə membranasının tamlığını qoruyur.
- Fol turşusu (Vitamin B9) — maddələr mübadiləsi, DNT sintezi proseslərində və qan hüceyrələrinin formalaşmasında mühüm rol oynayır, immunitetin formalaşması üçün zəruridir. Dölün inkişaf qüsurlarının qarşısını almaqda və sinir borusunun formalaşmasında aparıcı rol oynadığı üçün hamilə qadınlar üçün əvəzolunmazdır. Həmçinin ciftin formalaşmasında vacibliyinə görə mühüm yer tutur.
- B qrup vitaminləri — inkişaf etməkdə olan orqanizm üçün zəruri maddələrdir. Dölün sinir və immun sisteminin formalaşmasında əvəzsiz rol oynamaqla bərabər, sümük-əzələ toxumasının və qanyaradıcı sistemin inkişaf mərhələlərinə nəzarət edirlər.
- C vitamini — immun sistemi tənzimləyən əsas vitaminlərdəndir. Kollagen və elastanın sintezində iştirak edir, dəmirin mənimsənilməsində mühüm rol oynadığı üçün hamilə qadınlarda qanazlığı zamanı dəmir preparatları ilə yanaşı təyin oluna bilər.
- D3 vitamini — kalsium və fosforun sümük toxumasında toplanmasına nəzarət etməklə dölün sümük-oynaq sisteminin karkasının formalaşmasına dəstək olur.
- Sink — dölün sümük toxumasının boylama və köndələn inkişafını, əzələlərin böyüməsini təmin edir və toksiki maddələrdən qoruyur. 70-ə yaxın fermentin tərkibinə daxildir, hormonların metabolizmində iştirak edir. Sinkin göz toxumasında daha çox toplanması onun xüsusi əhəmiyyətindən xəbər verir.
- Kalsium — sümük toxumasının yaranması və inkişafında, ürək-qan damar sisteminin qurulmasında, sinir-əzələ keçiriciliyinin təmin olunmasında əsas rol oynayır. Hamiləlikdə kalsium çatışmazlığı oynaqlarda ağrı, əzələ qıcolmaları və yuxusuzluq kimi narahatlıqlar yarada bilər.
- Selen — 200-dən artıq hormon və fermentin tərkib hissəsinə daxildir. Sağlam genetik kodun ötürülməsindən tutmuş dəri-piy toxumasının formalaşmasına qədər bir çox fizioloji inkişaf mərhələləri bu mikroelementin normal miqdarından asılıdır.
- Dəmir — hemoqlobinin əsas tərkib hissəsidir. Toxumaların oksigenə olan tələbatını ödəyir, anemiyanın inkişafının qarşısını almağa kömək edir.
Göstərişlər
- İmmun çatışmazlığı vəziyyətləri (intensiv terapiyada olan xəstələr, cərrahi əməliyyatdan sonra, gec sağalan yaralar və zədələnmələr zamanı)
- Bağırsaqlarda sorulmanın və mikrofloranın pozulması ilə müşayiət olunan bağırsaq traktı xəstəlikləri (qastrit, disbakterioz, enterit, kolit)
- Hipo- və avitaminozun müalicə və profilaktikası
- Əməliyyat və infeksion xəstəliklərdən sonra reabilitasiya dövrü
- Mübadilə pozğunluqları gedən xəstəliklər (şəkərli diabet, ateroskleroz, miokardiodistrofiya)
- Göz xəstəliklərinin kompleks müalicəsi
- İzoniazid sırasından olan vərəm əleyhinə dərmanların və antibiotiklərin qəbulu zamanı
- Dölün sinir borusunun optimal inkişafı üçün
- Vaxtından əvvəl doğuşların və hamiləliyin sona çatmaması hallarının profilaktikası
- Cinsiyyət sisteminin funksiyasının zəifləməsi, sonsuzluq
- Müxtəlif etiologiyalı dermatit və dermatozlar
- Oynaq və digər dayaq-hərəkət sistemi xəstəlikləri
İstifadə qaydası
1 tabletdən gündə 1 dəfə yeməkdən sonra. Həkimin göstərişi ilə gündəlik dozanı 2 tabletə qədər artırmaq olar. Hamilələrdə və laktasiya dövründə həkimin məsləhəti ilə qəbul edilir.
Buraxılış forması
№ 30 tablet