Tablet
SERIZOM
Ezomeprazol maqnezium trihidrat
40 mq №30 tablet
Mədə turşusunun ifrazını azaldaraq mədə və qida borusunu qorumaq üçün istifadə olunur.
* Mədə turşusunu azaltmaq üçün
* Mədə yanmasının müalicəsi üçün
* H.Pylori infeksiyasının müalicəsi üçün
* Mədə və onikibarmaq bağırsaq xoralarını təkrarlanmasının qarşısını almaq üçün
Farmakoloji xüsusiyyətləri:
Ezomeprazol maqnezium trihidrat-proton pompa inhibitorları (PPI) qrupuna daxildir. Ezomeprazol zəif əsas olmaqla, parietal hüceyrələrin
sekretor kanalcıqlarının yüksək turşuluqlu mühitində toplanaraq aktiv formaya keçir və burada proton nasosu -H+ K+- ATFaza fermentini
inhibə edir. Ezomeprazol turşunun həm bazal, həm də stimullaşdırılmış sekresiyasını inhibə edir. Dərman, mədə turşusunun ifrazını
azaldaraq mədə və qida borusunu qorumaq üçün istifadə olunur.
Qəbulundan sonra 1 saat ərzində təsiri başlayır!
İstifadəsinə göstərişlər
Qastro-ezofaqeal reflüks xəstəliyi (QERX) (eroziv reflüks-ezofaqitin müalicəsi, reflüks ezofaqitinin sağalmasından sonra residivin qarşısını
almaq üçün uzunmüddətli dəstəkləyici müalicə, qastro-ezofaqeal reflüks xəstəliyinin simptomatik müalicəsi)
Helicobacter pylori eradikasiyası üçün antibiotiklərlə müvafiq terapiya ilə kombinasiyada (Helicobacter pylori ilə bağlı onikibarmaq bağırsaq
xorasının müalicəsi, Helicobacter pylori ilə bağlı peptik xoraların residivinin profilaktikası)
QSİƏP ilə üzunmüddətli müalicənin zəruri olduğu xəstələr (risk qrupuna aid olan xəstələrdə QSİƏP-ın qəbulu ilə bağlı yaranan mədə xorasının
sağalması, QSİƏP-ın qəbulu ilə bağlı mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası)
İstifadə qaydası:
4 həftə ərzində gündə bir dəfə 40 mq. İlk kursdan sonra pasientin sağalmadığı və ya simptomların davam etdiyi hallarda əlavə 4 həftəlik müalicə
kursu tövsiyə olunur.
Buraxılış forması: 30 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstehsalçı ölkə: Türkiyə.